Mərkəzi Gömrük Hospitalında COVID-19 testinin nəticələri 12 saat ərzində verilir
12.11.2020 10:24

Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası vətəndaşlara yeni növ koronavirus (COVID-19) testində keçmək xidmətini göstərir. PZR testindən keçən vətəndaşlara testin nəticələri laboratoriya tərəfindən 12 saat ərzində verilir. Testi vermək üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vuraraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə hər gün saat 09.00-dan 12.00-a qədər testdən keçmək olar. Burundan və ağız boşluğundan yaxma götürülməklə test verənin COVID-19 infeksiyası daşıyıb-daşımadığı müəyyən edilir.

 

PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur. Eyni zamanda, PZR laboratoriyanın səyyar xidmətindən istifadə edərək Hospitala gəlmədən COVID-19 testindən keçmək mümkündür. Belə ki, pasiyentin yaşadığı ev ünvanından yeni növ koronavirus testi üçün nümunə götürülür. PZR testin qiyməti 89 AZN təşkil edir. PZR Laboratoriya üçün testlər Dövlət Gömrük Komitəsi tərəfindən alınır. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 nümunə əldə etməyə imkan verir. Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir