ÜST: Son illərin ən yüksək qızılca halları müşahidə olunur
17.03.2025 09:35

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, 1997-ci ildən bu yana Avropa və Mərkəzi Asiyanı əhatə edən “Avropa regionu”nda ötən il qızılcaya ən çox yoluxma halı qeydə alınıb.

 

Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, ÜST və BMT-nin Beynəlxalq Uşaq Fondu (UNICEF) 2024-cü il üçün Avropa və Mərkəzi Asiyanın 53 ölkəsində qızılcaya yoluxma ilə bağlı hesabat dərc edib. 2024-cü il üçün Avropa Bölgəsində 127.350 qızılca hadisəsi bildirilən hesabatda, bu, 2023-cü il üçün bildirilən rəqəmdən iki dəfə və 1997-ci ildən bəri bölgədə görülən ən yüksək xəstəlik sayıdır. Hesabatda hadisələrin 40 faizindən çoxunun 5 yaşdan kiçik uşaqlarda görüldüyü və bildirilən halların yarıdan çoxunun xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

 

"6 mart 2025-ci il tarixinə (2024-cü il və ondan sonrakı dövr üçün) ilkin məlumatlara əsasən qızılcadan ümumilikdə 38 ölüm halı qeydə alınıb", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, 2024-cü ildə bütün dünyada qızılcaya yoluxma hallarının üçdə biri Avropa regionunun payına düşəcək.

 

Hesabatda fikirləri yer alan ÜST-nin Avropa direktoru Hans Kluqe aşağıdakı açıqlamaları verib: "Qızılca qayıdıb və bu, həyəcan siqnalıdır. Yüksək peyvənd nisbətləri olmadan sağlamlıq təhlükəsizliyi yoxdur. Avropa və Mərkəzi Asiya üçün yeni regional sağlamlıq strategiyamızı formalaşdırdıqca, biz geriləməyə imkan verə bilmərik. Hər bir ölkə peyvənd olunmamış icmalara çatmaq üçün səylərini artırmalıdır."

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub