Onurğa sağlamlığına texnoloji təhdid - Ortoped nəyi tövsiyə etdi?
17.03.2025 13:12

Mütəxəssislər bildirir ki, texnologiya asılılığı uşaqları hərəkətsizliyə məhkum edir. Buna görə də uşaqlarda pis duruş, donqar duruş, bel ağrıları, bel və boyun düzləşməsi kimi onurğa problemlərini daha çox görürük.

 

Aztibb.az "Haber Türkə" istinadən yazır ki, bu fikrləri bildirən ortoped Dr. Baran Şen texnoloji asılılığın uşaqları hərəkətsizliyə məhkum etdiyini, buna görə də onurğa problemlərini daha çox nəzərə çarpdığını deyib.

 

"Bu şikayətlərin qalıcı olmaması üçün uşaqlar saatda bir dəfə olduğu vəziyyətindən qalxmalı və 5-10 dəqiqə gəzməli və ya dik hərəkətlər etməlidirlər. Bunun üçün valideynlərin uşaqları motivasiya etməsi lazımdır", - deyə ortoped vurğulayıb.

 

O, inkişaf çağında uşaqların onurğa sağlamlığına mənfi təsir edən bəzi faktorlara diqqət çəkib: "Uşaqların planşet, telefon və kompüterləri təhsil vasitəsi olaraq istifadə edirlər, eyni zamanda onlar təhsil xaricində oyun oynamaq üçün də istifadə edirlər. Texnologiya çağında olan uşaqlar bu cihazlardan istifadə edərkən uzun müddət hərəkətsiz qalırlar. Bu hərəkətsizlik nəticəsində çox erkən yaşda ortopedik problemlər yaşamağa başlayırlar".

 

Dr. Şen oyun oynayarkən fasilə verməyi tövsiyə edib: "Uşaqları hər saat ayağa qalxmağa, 5-10 dəqiqə yeriməyə, şaquli hərəkətlər etməyə məcbur etmək lazımdır".

 

Ekspert uşaqlar üçün bu tövsiyələrin böyüklər üçün də keçərli olduğunu bildirib : "Ofis işçiləri də onurğa sağlamlığını qorumaq üçün hər saat oturacaqlarından qalxmalı və qısa bir gediş də olsa ofisdə hərəkət etməlidirlər".

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub