İtaliyada koronavirusa yoluxanların sayı bir milyon nəfəri ötüb
12.11.2020 10:20

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir və noyabrın 11-də yoluxanların sayı bir milyon nəfəri ötüb.

 

Aztibb.az xəbər verir ki, bu il 20 fevralda qeydə alınan ilk yoluxma faktından indiyədək ölkədə 1028424 nəfərin koronavirus daşıyıcısı olduğu müəyyən edilib. Yoluxmanın artımı ilə paralel olaraq COVID-19 ilə əlaqədar ölüm hallarının da sayı artmaqdadır və təkcə ötən sutka ərzində 623 ölüm halı qeydə alınıb. Bu isə aprelin 11-dən bəri gündəlik ölüm halları statistikasında ən yüksək göstəricidir.

 

Hazırda İtaliyada aktiv virus daşıyıcılarının sayı 613 min nəfərdən artıqdır. Onlardan 29444 nəfəri hazırda xəstəxanalarda müalicə alır, 2081 nəfər isə reanimasiya şöbələrinə yerləşdirilib.

 

İtaliyanın Baş naziri Cüzeppe Konte elan edib ki, bu ilin yazında tətbiq edilən modelə bənzəyən və bütün ölkəni əhatə edən karantin rejiminin yenidən tətbiq edilməməsi üçün əlindən gələni edəcək. Bunun üçün isə regionlar səviyyəsində koronavirus əleyhinə tədbirlərin yaxın günlərdə nə dərəcədə uğurlu olacağı həlledici əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib