ABŞ-da 9 ay müalicə aldı - Şəfasını İstanbulda tapdı
17.03.2025 08:53

Universitet tələbəsi, 22 yaşlı ABŞ vətəndaşı Ousmane Diallo qəfil huşunu itirərək yerə yıxıldıqdan sonra beyninə qan sızmışdı. Danışıq və hərəkət qabiliyyətini demək olar ki, tamamilə itirən gənc ABŞ-da 9 aylıq müalicə almasına baxmayaraq istədiyi nəticəni ala bilməyib.

 

Aztibb.az "Haber Türk"ə istinadən yazır ki, bunun üzərinə gəncin ailəsi müalicə axtarmağa başlayıb və Türkiyəyə gəlib. İstanbulda bir xəstəxanada robot müalicəsi və beyin stimullaşdırılması əməliyyatı keçirən Ousmane, bir il ərzində yerimə tarazlığını böyük fərqlə bərpa edib və beyin qanamasından əvvəl öyrəndiyi dörd dildə danışa bilib.

 

Beyin qanaması keçirərək danışma və hərəkət qabiliyyətini itirən 22 yaşlı amerikalı Ousmane Diallo ABŞ-da 9 ay müalicə aldıqdan sonra istədiyi nəticəni ala bilməyərək ailəsi ilə birlikdə İstanbula gəlir. Medipol Mega Universitet Xəstəxanasında robot müalicəsi və beyin stimulyasiyası keçirən Ousmane multidisiplinar və intensiv müalicə alır. Nevrologiya, fizioterapiya və reabilitasiya, nitq-udma terapiyası kimi müxtəlif fənlərin birgə işi sayəsində gənc amerikalı bir il ərzində yenidən danışıq və hərəkət qabiliyyətini bərpa edir.

 

Oğlunun gördüyü müalicədən və gəldiyi nöqtədən çox məmnun olduğunu ifadə edən Ousmane Diallonun anası Adja Sakho bildirib ki, oğlumun müalicə prosesinin vaxt aparacağını bilsək də, gəlinən məqamdan çox razıyıq: "Oğlumu etibarlı əllərə əmanət etmək ürəyimcə idi. Hər kəsə ürəkdən təşəkkür edirəm".

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama