İkincili damaq defektləri - Problem hələ də aktuallığını qoruyur
15.03.2025 12:27

Damaq yarığının bağlanması əməliyyatlarından sonra yaranan ikincili damaq defektləri bu gün də tibbin aktual problemlərindən biri olaraq qalır. Əvvəllər bu cür əməliyyatların nəticəsində residiv defektlərin yaranma faizi 70%-ə qədər idisə, hazırda bu göstərici 3-25% arasında dəyişir.

 

Aztibb.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Xəyalə Aşurbəylinin sözlərinə görə, ikincili damaq defektlərinin bir çox yaranma səbəbləri vardır: " Əməliyyatın planlaşdırılmasında buraxılan səhvlər, fleblərin qidalanmasının pozulması və nekrozun yaranması, xəstənin daxili orqanlarında müşahidə edilən xəstəliklər və zəif immun sistem, əməliyyatdan sonra yaranan hematomalar, infeksiyalar və iltihabi proseslər, eləcə də xəstənin əməliyyatdan sonrakı dövrdə kəskin infeksiyalara yoluxması əsas səbəbərdəndir". Həkim reabilitasiya mərhələsinin düzgün aparılmamasını da səbəblər sırasında sadalayıb.

 

İkincili damaq defektlərinin kliniki xüsusiyyətləri


Həkim qeyd edib ki, bu defektlər klinik baxımdan anadangəlmə damaq yarıqları ilə oxşardır. Belə ki, xəstələr yemək zamanı qidanın burun boşluğuna keçməsindən və nitq problemlərindən şikayətlənirlər. Damaq defektlərinin ətrafında çapıq toxuma yaranır və defektlərin forması müxtəlif olur. Böyük defektlər danışıq funksiyasına ciddi təsir edir və burun-udlaq nahiyəsində xroniki iltihabın inkişafına səbəb ola bilər. Kiçik defektlər isə bəzən ciddi problemlərə səbəb olmasa da, qidanın burun boşluğuna keçmə ehtimalını tamamilə istisna etmir.

 

Müalicə və əməliyyatın seçimi


İkincili damaq defektlərinin aradan qaldırılması üçün seçilən cərrahi müdaxilə üsulunun defektin ölçüsündən, yerləşdiyi nahiyədən, formasından və ətraf toxumalardakı plastik materialın mövcudluğundan asılı olaraq fərqləndiyini deyən həkim müasir dövrdə az travmatik metodların tətbiqi ilə bu defektlərin əmələgəlmə riskinin azaldıldığını bildirib: "Bu problem hələ də tam həll olunmayıb və elmi araşdırmalar davam etdirilir".

 

Mütəxəssislər bildirirlər ki, damaq defektlərinin qarşısını almaq üçün ilk əməliyyatın düzgün planlaşdırılması, əməliyyatdan sonra reabilitasiyanın düzgün aparılması və pasiyentlərin infeksiyalardan qorunması vacibdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza