Fəsil dəyişikliyi KRVİ-nin yayılmasını artırır – Pediatrın tövsiyələri
15.03.2025 11:20

Fəsillərin qeyri-sabit dəyişməsi nəticəsində həm uşaqlar, həm də böyüklər arasında kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması epidemiya halını alıb. KRVİ qrip, paraqrip, adenovirus, respirator sinistial, rinovirus və reovirus infeksiyalarını əhatə edən geniş xəstəliklər qrupudur.

 

Aztibb.az xəbər verir ki, pediatr Afət İbrahimlinin sözlərinə görə, bu infeksiyalar tənəffüs yollarının selikli qişasını zədələyərək, orqanizmdə intoksikasiya əlamətləri yaradır.

 

Həkim qeyd edib ki, dünya statistikalarına görə, hər il 1 milyarddan çox insan KRVİ-yə yoluxur. Bu infeksiya xüsusilə uşaqlarda daha çox müşahidə olunur. İlk aylarda körpələrin yoluxma ehtimalı azdır, çünki onlarda anadangəlmə immunitet qoruyucu rol oynayır. Lakin uşaqların bağçaya getməsi ilə infeksiyaya yoluxma halları artır. Bağçaya gedən körpələr ilk il ərzində 10, ikinci ildə 5-7, sonrakı illərdə isə 3-5 dəfə KRVİ keçirə bilərlər.


KRVİ-nin epidemik və pandemik yayılma potensialına malik olduğunu vurğulayan pediatr qeyd edib ki, virus hava-damcı yolu ilə asqırma, öskürmə, danışıq zamanı yayılır və sürətlə ötürülür. Bəzi hallarda yoluxma oyuncaqlar, qab-qaşıq və şəxsi əşyalar vasitəsilə də baş verə bilər.

 

Klinik əlamətlərə aşağıdakılar daxildir:


-Hərarətin yüksəlməsi
-Halsızlıq, əzginlik, başgicəllənmə
-Boğaz ağrısı, burun tutulması və qanaxması
-İştahsızlıq, yuxu pozğunluğu, ürəkbulanma, qusma
-Əzələ və oynaq ağrıları
-Petexial səpgilər, intoksikasiya, tərləmə, qarın ağrısı və ishal


Pediatrlar profilaktik tədbirlərə ciddi əməl etməyi tövsiyə edirlər. belə ki, bağça və məktəbə gedən uşaqların immun sistemini gücləndirmək üçün vitamin və mineral balansına diqqət yetirilməlidir. İnsanlarla sıx təmasdan çəkinmək, əlləri mütəmadi yumaq və maska taxmaq tövsiyə olunur. Həmçinin qapalı məkanlarda havalandırmanı təmin etmək və nəm təmizlik aparmaq vacibdir. Bədən müqavimətini artırmaq üçün sağlam qidalanmaya üstünlük verilməlidir.

 

Həkimlər bildirir ki, immun sistemi zəif olan şəxslər KRVİ-dən qorunmaq üçün hər il peyvənd olunmalı və vaxtında həkim müayinəsindən keçməlidirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama