Diabetik ayaq yaralarının erkən əlamətləri və qorunma yolları
15.03.2025 10:36

Şəkərli diabeti olan hər 10-cu pasiyent diabetik ayaq yaraları ilə qarşılaşa bilər. Daha ciddi hallar isə diabetik ayaq sindromuna gətirib çıxarır ki, bu da tip 1 diabetdə xəstəliyin 7-10-cu ilində, tip 2 diabetdə isə diaqnoz qoyulan il belə yarana bilər.

 

Aztibb.az xəbər verir ki, Diabetik Ayaq Mərkəzinin verdiyi məlumata görə, diabetik ayağın əsas səbəbləri neyropatiya (sinir zədələnməsi), angiopatiya (damar problemləri), ateroskleroz (damar tutulmaları) və osteoartropatiyadır (sümük və oynaq dəyişiklikləri).

 

Xəstəlik ilkin mərhələdə ayaq pəncələrinin hissiyyatının azalması ilə başlayır. Pasiyent ayağında yaranan travmalara, yanmalara və ya dar ayaqqabının yaratdığı diskomforta qarşı həssas olmur. Bunun nəticəsində dəridə mikrotravmalar və sürtünmələr meydana gəlir.

 

Diabetik ayaq necə yaranır?


Ayaqda əmələ gələn döyənəklər tez bir zamanda xoraya çevrilə bilər. Əgər müalicə vaxtında aparılmazsa, bu xoralar irinli-nekrotik proseslərə, abseslərə və hətta qanqrenaya səbəb ola bilər. Bu isə amputasiya riskini artırır.

 

Xəstəlikdən necə qorunmaq olar?


- Diabetik pasiyentlər ildə 4 dəfə endokrinoloq, ildə 1 dəfə cərrah, nevroloq və oftalmoloqun müayinəsindən keçməlidirlər.
- Xüsusi ilə diabetik ayaq müalicəsində ixtisaslaşmış mərkəzlərdə müayinə olunmaq tövsiyə edilir.
- Ayaqlara gündəlik baxım edilməli, hər hansı bir yara və ya dəyişiklik vaxtında həkimə bildirilməlidir.
- Rahat, geniş və yumşaq materialdan hazırlanmış ayaqqabılar geyinilməlidir.

Həkimlər diabeti olan şəxslərə ayaq sağlamlıqlarına xüsusi diqqət yetirməyi və profilaktik tədbirlərə əməl etməyi məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama