“Tetanus-difteriya göyöskürək peyvəndi” peyvənd proqramına əlavə edildi
14.03.2025 13:48

Türkiyənin Səhiyyə Nazirliyi hər hamiləlik dövründə hüceyrəsiz göyöskürək peyvəndi komponentini də ehtiva edən tetanoz-difteriya (Td) peyvəndinin bir dozasının hər hamiləlik dövründə tətbiqinə aprelin 2-dən başlanacağını açıqladı.

 

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, nazirlikdən verilən açıqlamada göy öskürəyin hava yolu ilə asanlıqla bulaşan, qalıcı zədələnməyə, hətta ölümə səbəb ola bilən əhəmiyyətli bir yoluxucu xəstəlik olduğu, ağır öskürək tutmaları ilə xüsusilə körpələrdə ani tənəffüs tutulması, pnevmoniya, qıcolma və bəzən beyin zədələnməsinə səbəb ola biləcəyi bildirilib.

 

Açıqlamada peyvəndin göy öskürəkdən qorunmağın ən təsirli yolu olduğu vurğulanıb və qeyd edilib ki, göyöskürək peyvəndi, difteriya və tetanoz peyvəndləri ilə birlikdə kombinə edilmiş peyvəndin tərkib hissəsi olaraq, körpəliyin 2-ci ayından başlayaraq, cəmi 4 dozada tətbiq olunur. Ancaq 2-ci ayda peyvəndin ilk dozası ilə öskürəyə qarşı qorunma kifayət qədər səviyyəyə çatır. Ananın hamiləlik dövründə bu peyvəndlə vaksinasiya, anadan ötürülən qoruyucu anticisimlərin səviyyəsini artırmaq üçün təsirli bir üsuldur və bu təcrübə bir çox ölkələrin peyvənd proqramlarına daxildir. 

 

Açıqlamada, bütün dünyada olduğu kimi, Türkiyədə də neonatal göyöskürək hallarında artımın müşahidə edildiyi bildirilib və tərkibində göyöskürək peyvəndi komponentini də ehtiva edən Tdab peyvəndi şəklində Td peyvəndinin hər hamiləlik dövründə bir doza tətbiqinə aprelin 2-dən başlanacağı bildirilib. Genişləndirilmiş İmmunlaşdırma Proqramı (EİP) çərçivəsində peyvəndlər peyvənd aparılan bütün səhiyyə müəssisə və təşkilatlarında, xüsusən də Ailə Sağlamlığı Mərkəzlərində pulsuz aparılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub