Nanoantibiotiklərlə antibiotik müqavimətinin qarşısı alınacaq - Yeni layihə
11.03.2025 11:21

Türkiyəli alimlər antibiotiklərə davamlı bakteriyalara qarşı nanoantibiotiklər hazırlayacaq.

 

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, Hitit Universitetində (HİTÜ) antibiotikə davamlı bakteriyaların törətdiyi yoluxucu xəstəliklərin müalicəsində istifadə ediləcək nanoantibiotiklərin hazırlanacağı bildirilib.

 

Rektorluqdan edilən yazılı şərhə görə, Mühəndislik Fakültəsi Akademik Üzvü Dos. Dr. Bengi Özkahraman və Hacettepe Universiteti Biologiya Bölümü Müəllim Dos. Dr. Neslihan İdil davamlı bakteriyaların yaratdığı xəstəliklərin müalicəsində istifadə üçün nanoantibiotiklər yaratmaq məqsədilə layihə hazırlayiblar.

 

TÜBİTAK-dan dəstək alan layihə çərçivəsində laboratoriya işlərinə başlanılıb. Özkahraman, layihə çərçivəsində hazırlayacaqları nanoantibiotiklərlə antibiotik müqavimətinin qarşısını almağı hədəflədiklərini bildirib.

 

Antibiotiklərə qarşı müqavimətin tibb sahəsində ən böyük problemlərdən biri halına gəldiyinə diqqət çəkən Özkahraman qeyd edib ki, nanoantibiotiklər kiçik ölçüləri və böyük səthi sayəsində bakteriyalarla daha asan qarşılıqlı əlaqəyə girə bilir. Bu yolla nanoantibiotiklər antimikrobiyal müqavimətin inkişafının qarşısını ala bilir. Bu hissəciklər bakteriyanın antimikrobik qoruma mexanizmlərini təsirli şəkildə aradan qaldıra bilir davamlı bakteriyalara qarşı mübarizə aparır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama