Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
09.03.2025 14:23

Volqoqrad Tibb Universitetinin və Moskva Dövlət Universitetinin tədqiqatçıları prostat xərçəngini müalicə edən modifikasiya edilmiş dərman hazırlayıblar.

 

Aztibb.az “Journal of Inorganic Biochemistry” elmi jurnalında rusiyalı alimlərin sensasiyalı kəşfi haqqında məqaləyə diqqət çəkib.

 

Prostat vəzi xərçəngi ən təhlükəli və geniş yayılmış onkoloji xəstəliklərdən biri hesab olunur. Mövcud dərmanlar onun inkişafını ləngidə bilər, lakin əhəmiyyətli yan təsirləri ilə bədənə zərər verirlər. Dünyanın ən yaxşı onkoloqları dərmanların terapevtik təsirini yaxşılaşdırmaq üçün çalışırlar. İnnovativ metodun mahiyyəti dərman vasitəsi olan abirateronun molekullarına rutenium metal ionunun birləşdirilməsindən ibarətdir.

 

Araşdırmalar göstərib ki, bu birləşmə təkcə xərçəng hüceyrələrinin böyüməsini boğmur, həm də onları tamamilə məhv edir. Eyni zamanda, dərman sağlam toxuma zərər vermir. Metodun effektivliyi ondan ibarətdir ki, abirateron və rutenium xərçəng hüceyrələrinə fərqli təsir göstərir.

 

Təcrübələr zamanı məlum olub ki, modifikasiya olunmuş preparatın yan təsirlərə yol vermə ehtimalı azdır. Volqoqrad Tibb Universitetinin elmi işlər üzrə prorektoru Denis Babkov yeni preparatın sadəliyini və effektivliyini qeyd edib və onun əsasında yeni effektiv şiş əleyhinə vasitələrin hazırlanacağına əminliyini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub