Uşaqları təhdid eden təhlükə - Hipertoniya
08.03.2025 15:42

Uşaq kardioloqu professor Cenap Zeybek uşaqlıq hipertoniyası ilə bağlı mühüm xəbərdarlıqlar edib. O, uşaqlıqda qan təzyiqinin müəyyən həddən artıq olmasının hipertoniya adlandırıb: “Yetkinlərdə 120/80 mmHg-dən yuxarı təzyiq “yüksək təzyiq”, 130/80 mmHg-dən yuxarı təzyiq isə “hipertoniya” adlanır.

 

Aztibb.az "Posta"ya istinadən yazır ki, ən son qaydalara əsasən, 13 yaşdan yuxarı bütün uşaqlar qan təzyiqi dəyərləri baxımından böyüklər kimi eyni meyarlarla qiymətləndirilir. Lakin 13 yaşa qədər uşaqlarda hipertoniya diaqnozu uşaqların boyuna və çəkisinə uyğun düzülmüş cədvəllərin köməyi ilə qoyulur. Məsələn, yeni doğulmuş körpədə hətta 90 mmHg yüksək qan təzyiqi deməkdir. 3 yaşından sonra bütün uşaqlar ildə ən azı bir dəfə qan təzyiqini ölçməlidirlər. 3 yaşına qədər isə təzyiq yalnız məlum ağır xəstəliyi olan uşaqlarda ölçülür.

 

Dünyada uşaqlıq hipertoniyasının yayılmasının yüzdə 3, yüksək təzyiqin yayılmasının isə yüzdə 3-5 arasında ola biləcəyinə diqqət çəkən professor uşaqlıq çağı hipertansiyonunun epidemiologiyası ilə bağlı az sayda tədqiqatın olduğunu deyib.

 

Bu tədqiqatlarda 6-15 yaş arası uşaqlarda hipertoniyanın yayılması 8-9 faiz civarındadır. Hipertoniyanın tipik əlamətlərinə baş ağrısı, boyun ağrısı, başgicəllənmə, qulaqlarda cingilti və uğultu, burun qanamaları, bulanıq görmə, ürək döyüntüsü, nəfəs darlığı və tərləmə daxildir.

 

Bu əlamətlər tez-tez böyüklərdə, daha yetkin uşaqlarda və yeniyetmələrdə müşahidə olunur və bu şikayətlərin bir çoxu, xüsusilə də kiçik uşaqlarda və körpələrdə, ağır hipertoniyanın olmadığı halda müşahidə olunmaya bilər. Hətta şikayəti olmayan, lakin ağır hipertoniyaya malik uşaq xəstələri var. Bu baxımdan bütün uşaqların 3 yaşından başlayaraq müəyyən dövrlərdə qan təzyiqinin ölçülməsi vacibdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub