Əməliyyatlar üçün ən pis gün hansıdır? Araşdırma
08.03.2025 13:36

Hyuston Metodist Xəstəxanası, UCLA və Toronto Universitetinin tədqiqatçıları uzun müddətdir müzakirə edilən "həftə sonu effekti"ni araşdırıblar.

 

Aztibb.az "JAMA Network Open" jurnalında dərc olunan yeni araşdırmaya istinadən yazır ki, 429 691 xəstənin məlumatlarının təhlil edildiyi tədqiqat həftəsonundan əvvəl əməliyyat olunan xəstələrin ağırlaşma, yenidən xəstəxanaya yerləşdirmə və ölüm riskinin daha yüksək olduğunu ortaya qoyub.

 

Tibbi ədəbiyyatda "həftə sonu effekti" həftə sonu edilən tibbi müdaxilələrin daha pis nəticələrlə əlaqələndirilməsi kimi tanınır. Bu vəziyyətin xəstəxanalarda işçilərin sayının azalması, mütəxəssislərə çıxışın məhdud olması və baxım proseslərinin dəyişməsi ilə bağlı ola biləcəyi düşünülür. Bununla belə, xəstə nöqteyi-nəzərindən, cərrahların və səhiyyə işçilərinin həftə sonları əməliyyatlar aparılarkən diqqətsiz və ya həftə sonu planlarına diqqət yetirə biləcəyi ilə bağlı narahatlıq da var.

 

Əvvəlki tədqiqatlar cümə günləri edilən əməliyyatların ölüm nisbətini artırdığına dair bəzi sübutlar göstərsə də, digər tədqiqatlar aydın bir əlaqə tapa bilməyib. 

 

Cümə günü risk daha yüksəkdir


Kanadanın Ontario bölgəsində 2007-2019-cu illər arasında 25 müxtəlif növ cərrahiyyə əməliyyatı keçirmiş 429 691 xəstənin məlumatları tədqiqa edilərkən, xəstələr iki qrupa bölünüb: həftə sonu və ya bayramdan əvvəl (cümə və ya bayram ərəfəsində) əməliyyat olunanlar və həftə sonundan sonra (bazar ertəsi və ya bayramdan sonra) əməliyyat olunanlar.

 

Həftəsonundan əvvəl əməliyyat olunan xəstələrin xəstəxanada qalma müddəti daha uzun idi.


Cümə günü əməliyyat olunan xəstələrdə 30 gün ərzində ölüm, ağırlaşmalar və ya yenidən xəstəxanaya yerləşdirilmə riski 5% daha yüksək olub.


30 gün ərzində ölüm riski 9% yüksək idi, bu nisbət 90 gündə 10%, bir ildə 12% -ə yüksəlib.


Həftəsonundan əvvəl həyata keçirilən planlı əməliyyatlar daha pis nəticələr verib, həftəsonundan əvvəl edilən təcili və planlaşdırılmamış əməliyyatlar isə bir qədər yaxşı nəticələr göstərib.


Tədqiqatçılar deyirlər ki, həftə sonu cərrahiyyə əməliyyatları riskinin yüksək olması xəstəxana işçilərinin sayının azalması, mütəxəssislərə çıxışın məhdudlaşdırılması və əməliyyatdan sonrakı qayğıda dəyişikliklər ola bilər. Bununla belə, bu təsirlərin tam olaraq nəyə səbəb olduğunu müəyyən etmək üçün daha çox araşdırma tələb olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub