İmmun sistemdə antibiotik böhranı həll ediləcək - Yeni kəşf
08.03.2025 11:25

İddia edilir ki, yeni kəşf  davamlı infeksiyalarla mübarizədə adi antibiotiklərə alternativ ola bilər.

 

Aztibb.az BBC-yə istinadən xəbər verir ki, alimlər immun sisteminin təbii antibiotiklərin mənbəyi ola biləcək yeni hissəsini kəşf ediblər.

 

Avropa Tədqiqat Şurasının (ERC) dəstəklədiyi ekspertlər yoluxucu xəstəliklərin müalicəsini dəyişdirə biləcək.

 

Bu kəşf barədə “Nature” jurnalında dərc olunan “İnsan hüceyrələri üçün müdafiə strategiyası olaraq antibiotiklərə çevrilən zülal tullantıları” başlıqlı məqalədə bəhs edilir.

 

Mütəxəssislər hüceyrələrdə zülalları parçalayan proteazomların bakterial infeksiyaya qarşı immunitet sisteminə töhfə verdiyini müəyyən ediblər.

 

“Trash-minning” adlı elmi prosesin bir hissəsi olaraq laboratoriyada yetişdirilən bakteriyalar və sepsisli siçanlar üzərində sınaqlar aparılıb.

 

Müəyyən edilib ki, hüceyrə daxilində proteazomlar bakteriyaları aşkar edə və onların böyüməsini dayandırmaq üçün əks müdafiə qura bilirlər. Bu tapıntılar yoluxucu xəstəliklərlə mübarizə üçün əvvəllər naməlum olan terapevtik strategiyalara yol açır", - məqalədə bildirilir.

 

İmmunitet sistemindəki yeni kəşfin mikrob əleyhinə davamlı (AMR) infeksiyalarla mübarizədə ümumi antibiotiklərə alternativ ola biləcəyi iddia olunur.

 

 

Mütəxəssislər kəşfin yeni bir antibiotik mənbəyinə çevrilməsi üçün vaxt aparacağını və daha çox testə ehtiyac olduğunu bildirirlər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza