Türk qadın həkim kosmosda qadın astronavtların sağlamlıq vəziyyətini araşdıracaq
08.03.2025 10:16

Begüm Aydoğan Mathyk Cənubi Florida Universitetinin Mamalıq və Ginekologiya Departamentinin köməkçisi, qadın sağlamlığı sahəsindəki araşdırmalarını bir addım daha irəli aparacaq və Virgin Galactic-in IIAS062 ilə ortaq şəkildə həyata keçirməyi planlaşdırdığı tamamilə qadınlardan ibarət ekipajın uçuşunda astronavtların sağlamlıq vəziyyətini araşdıracaq.

 

Aztibb.az xəbər verir ki, Mathyk Qadınlar Günü münasibətilə "AA"ya verdiyi müsahibədə qadın sağlamlığına olan marağının elmi kəşflərlə birləşdiyini və innovativ layihələrdə iştirak etmək istədiyi üçün yenidən ABŞ-da assistent kimi işini davam etdirdiyini bildirib.

 

NASA-nın Hyustondakı Johnson Kosmik Mərkəzində Aviasiya və Kosmos Təbabəti Təcrübə Proqramına qatılaraq birbaşa kosmos təbabəti təhsili aldığını ifadə edən Mathyk, NASA STAR Proqramına qatılaraq "kosmik tibb" üzərində çalışdığını söyləyib.

 

O, kosmos təbabətinin bəşəriyyətin gələcəyi üçün əhəmiyyətini və bu sahədəki çatışmazlıqları gördükcə, qadın sağlamlığı üçün yeni həll yolları yaratmaq ideyasından həyəcanlandığını deyib.

 

Kosmosda qadınların sağlamlığı ilə bağlı araşdırmaların qeyri-kafi olduğunu vurğulayan həkim bildirib ki, kosmosda çoxalma ilə bağlı heyvanlar üzərində araşdırmalar aparan elm adamları var. Ancaq bir mütəxəssis olaraq özünün buna fərqli bir prizmadan yanaşdığını deyib:

 

"Hazırda ABŞ-da bu sahədə araşdırmaları aktiv şəkildə idarə edən yeganə mama-ginekoloqam. Mən təkcə bu sahədə deyil, həm də müxtəlif elmi qruplara rəhbərlik edirəm".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama