Pfizer məşhur "Zithromax" antibiotikini geri çağırır 
07.03.2025 13:49

Pfizer BƏƏ-də cinsi yolla keçən infeksiyaların, tənəffüs yollarının və dəri xəstəliklərinin müalicəsində istifadə edilən antibiotik "Zithromax"ın satışını qadağan edib.

 

Aztibb.az xəbər verir ki, əczaçılıq nəhəngi "istehsal problemini" həll etməyə çalışdığını bildirib. Onlar əmin ediblər ki, dərmanın apteklərdən geri çağırılması antibiotikin təhlükəsizliyi və keyfiyyəti ilə bağlı deyil. Şirkət xəstələrin bütün şikayətlərini nəzərə alacağını qeyd edir.

 

“Biz bu dərmanın xəstələr üçün əhəmiyyətini başa düşürük və vəziyyəti mümkün qədər tez həll etmək üçün mümkün olan hər şeyi edirik. Hazırda dərman qəbul edən xəstələr alternativ variant seçmək üçün həkimləri ilə məsləhətləşməlidirlər”, - istehsalçı bildirib.

 

Məlumatda bildirlir ki, tərkibində azitromisin olan "Zithromax" preparatı bakterial infeksiyaların, o cümlədən dəri və tənəffüs yollarının xəstəliklərinin, həmçinin xlamidiya və qulaq infeksiyalarının müalicəsi üçün təyin edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama