Zelenski Merkeldən koronavirusa qarşı peyvənd istədi
11.11.2020 14:49

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Angela Merkel ilə telefon danışığında Almaniyanın “BioNTech” və “Pfizer” firmaları tərəfindən hazırlanan koronavirus peyvəndinin Kiyevə verilməsinin mümkünlüyünü müzakirə edib. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb. 

 

“Almaniyanın “BioNTech” şirkətinin Amerikanın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvəndin hazırlanmasında əldə etdiyi irəliləyişi alqışlayırıq. Bu, çox ürəkaçan bir xəbərdir. Koronavirusa qarşı peyvənd tədarükünü planlaşdırarkən Ukraynanın maraqlarının nəzərə alınması istiqamətində yardımınızı istərdim”, - deyə Zelenskinin ofisinin saytında bildirilib.

 

“Tərəflər pandemiyanın nəticələrini aradan qaldırmaq üçün səyləri daha da koordinasiya etmək barədə razılığa gəliblər”, - deyə vurğulanıb.

 

Qeyd edək ki, Almaniyanın biomühəndislik şirkəti “BioNTech” və Amerikanın əczaçılıq nəhəngi “Pfizer” klinik sınaqların üçüncü mərhələsinin uğurla başa çatdığını elan ediblər. Peyvənd COVID-19 infeksiyasının qarşısının alınmasında 90 faizdən çox effektivlik göstərib. Peyvəndin ABŞ-da qeydiyyatı üçün müraciətin noyabr ayında edilməsi planlaşdırılır.

 

Daha əvvəl Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan “BioNTech” və “Pfizer” firmalarının koronavirusa qarşı peyvənd tədarükünə dair son Avropa müqaviləsinin yaxın günlərdə imzalana biləcəyini açıqlamışdı. Almaniya üçün 100 milyon doza qədər peyvəndin verilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib