Maddələr mübadiləsini sürətləndirir və yağı yandırmağı gücləndirir - Biokimyada yenilik 
06.03.2025 10:20

Cənubi Danimarka Universitetinin biokimyaçıları maddələr mübadiləsini sürətləndirməyin yolunu tapıblar.

 

Aztibb.az "Cell Metabolism" jurnalında dərc olunan tədqiqata istinadən yazır ki, bu üsul insanlara arıqlamağa və qan şəkərinin səviyyəsinə nəzarət etməyə kömək edə bilər.  

 

İnsan arıqladıqda bədən enerjiyə qənaət etməyə başlayır, kalorilərin yanmasını ləngidir. Buna metabolik uyğunlaşma deyilir. Məhz bu səbəbdən ilk bir neçə kiloqramdan sonra arıqlamağa davam etmək çətindir.

 

Mütəxəssislər bu prosesə xüsusi bir genin, PLVAP-ın təsir etdiyini aşkar ediblər. Dosent Kim Ravnskjaer izah edib ki, normal şəraitdə qaraciyər aclıq dövründə yağ yandırmağa keçir. PLVAP-ı söndürsəniz, o, karbohidratları emal etməyə davam edir və metabolizm aktiv olaraq qalır. Bundan əlavə, bu genin dəyişdirilmiş funksiyası qaraciyərdə piylərin yığılmasının qarşısını alır. Bunun əvəzinə əzələlərə gedir və enerjiyə çevrilir. Bu mexanizm nəinki maddələr mübadiləsini sürətləndirir, həm də şəkər xəstələri üçün faydalı olan qan şəkərinin səviyyəsini aşağı salır.

 

Tədqiatçılar bildirib ki, bu prosesə nəzarət etməklə, piylənmə və diabet üçün dərmanlar daha təsirli ola bilər. Bu yenilik daha sürətli arıqlamağa və şəkər səviyyənizi daha asan idarə etməyə kömək edəcək dərmanlar hazırlamağa imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama