Mədə xərçənginin müalicəsində yeni ümid - İmmunoterapiyadan robotik cərrahiyyəyə
05.03.2025 15:45

İstanbulda keçirilən beynəlxalq simpoziumda mədə xərçənginin müalicəsində son inkişaflar müzakirə edilib. İmmunoterapiyadan genetik testlərə, minimal invaziv cərrahiyyədən radioterapiyaya qədər bir çox innovativ üsullar müzakirə edilib. Mütəxəssislər erkən diaqnozun vacibliyini, müalicə prosesində daha effektiv və rahat yanaşmalardan istifadə edildiyini vurğulayıblar.

 

Aztibb.az "Habertürk"ə istinadən yazır ki, son illər sürətlə yayılan mədə xərçəngi dünyada ən çox rast gəlinən xərçənglər arasında ilk yerlərdədir. Lakin erkən diaqnoz üçün heç bir skrininq üsulu olmadığı üçün daha çox inkişaf mərhələsində diaqnoz qoyulan bu məkrli xəstəlik xərçəngdən ölüm halları arasında üçüncü yerə yüksəlib.


Prof. Dr. Erman Aytaç son illərdə mədə xərçənginin müalicəsində əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib. Xəstələr üçün daha təsirli və rahat üsulların cərrahiyyə, dərman müalicəsi, immunoterapiya və radioterapiya sahələrində istifadə olunmağa başladığını vurğulayan professor qeyd edib ki, artıq əməliyyatları əvvəlki kimi aqressiv aparılmır. Qarında bir neçə kiçik kəsik edərək həyata keçirilən cərrahi əməliyyatlar sayəsində xəstələr daha tez sağalır və həyat keyfiyyəti yüksəlir.

 

Simpoziumda mədə xərçəngi cərrahiyyəsində minimal invaziv üsulların geniş tətbiqi də müzakirə olunub. Prof. Dr. Aytaç robot cərrahiyyənin açıq əməliyyatlara nisbətən daha sürətli sağalma təmin etdiyini və əməliyyatların böyük kəsiklərə ehtiyac olmadan həyata keçirilə biləcəyini bildirib.

 

O, həmçinin vurğulayıb ki, çox erkən mərhələdə olan mədə xərçəngini endoskopik üsullarla orqanın tam və ya bir hissəsini çıxarmadan həm diaqnoz qoymaq, həm də müalicə etmək mümkündür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama