ABŞ bu ölkədəki həkimlərə danq qızdırması ilə bağlı xəbərdarlıq edib
30.06.2024 18:10

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədəki həkimlərə danq qızdırması hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

 

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, CDC-dən edilən yazılı açıqlamada, ABŞ-da danq qızdırması hallarının artması riskinin olduğu ifadə edilib.

 

Açıqlamada ABŞ-da həkimlərə bu xəstəliyə qarşı ayıq olmaları barədə xəbərdarlıq olunub.

 

Açıqlamada bütün ölkələrdə danq qızdırması hallarının artdığı, yanvarın 1-dən iyunun 24-dək ABŞ-a səfər edənlər arasında 745 denq qızdırması halının aşkarlandığı bildirilib. Bu 2023-cü ildə bildirilən hadisələrin sayından iki dəfə çoxdur.

 

Danq qızdırması

 

Tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması kimi də tanınan  xəstəliyi yaradan virus insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

 

Ümumiyyətlə "yağışlı dövrlər" kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hallar artır.

 

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və Danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

 

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye ərazilərindəki zibilliklərin daim dezinfeksiya edilməsinə ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza