Alimlər itlərin koronaviruslu xəstələri müəyyənləşdirə bildiklərini təsdiq ediblər
24.07.2020 11:42

Hannover Baytarlıq Tibbi Universitetinin alimləri qısa vaxtda apardıqları sınaqlar əsasında öyrədilmiş itlərin virusa yoluxmuş insanlardan götürülmüş nümunələri tanımaq imkanına malik olduğunu təsdiq edən geniş hesabat dərc ediblər.

 

Aztibb.az saytı popmech.ru resursuna istinadla xəbər verir ki, sınaqda səkkiz it iştirak edib. Onlara bir həftə ərzində qoxu əsasında insan tüpürcəyində və tənəffüs yollarında koronavirusun mövcudluğunu müəyyən etmək öyrədilib. Təlimlər itlərin məşqi üçün insan müdaxiləsi tələb etməyən xüsusi aparatın köməyi ilə aparılıb.

 

Bir həftə sonra itlər koronavirusun mövcudluğunu 94% halda düzgün müəyyən edə biliblər. Onlar 1012 nümunədən 157 pozitiv,  792 neqativ testi dəqiq müəyyən ediblər, 66 nəticədə isə səhvə yol veriblər. Spesifiklik və həssaslıq göstəriciləri bu halda müvafiq olaraq 82.63% və 96.35% səviyyəsində olub ki, bu da SARS-cov-2-yə qarşı anticisimlər testlərinin parametrləri ilə tamamilə müqayisə edilə biləndir.

 

Tədqiqatın müəllifləri əmindirlər ki, öyrədilmiş itlər COVID-19-a yoluxmuş xəstələri aeroportlarda, sərhədlərdə, kütləvi tədbirlər zamanı müəyyən etməyə kömək edə, hətta laboratoriyalarda əlavə yoxlama testi kimi istifadə oluna bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib