BMT ekspertləri COVID-19 əleyhinə vaksini inhisarlaşdırmağa çalışan ölkələri tənqid ediblər
11.11.2020 10:17

BMT-nin insan hüquqları sahəsində bir sıra ekspertləri COVID-19 əleyhinə vaksini hazırlayan və istehsal edənlərlə eksklüziv sazişlər imzalamağa çalışan ölkələri tənqid edib. 

 

Aztibb.az BMT-nin "Xəbərlər" xidmətinə istinadla xəbər verir ki, onların sözlərinə görə, pandemiya yalnız planet sakinlərinin istisnasız olaraq hamısını peyvəndlə təmin etməklə məğlub edilə bilər.

 

“Pandemiya ilə mübarizədə millətçiliyə yer olmamalıdır”, - deyə ekspertlər bildiriblər və təəssüflə qeyd ediblər ki, bəzi hökumətlər, "hələ sonu görünməyən" COVID-19 pandemiyası ilə mübarizənin uğurunun yalnız kütləvi immunizasiya şərtilə mümkün olmasına baxmayaraq, yalnız öz vətəndaşlarını peyvəndlə təmin etmək niyyətindədir.

 

BMT-nin hüquq müdafiəçiləri bildirirlər ki, “Viruslar sərhədlər tanımır. Qarşılıqlı əlaqəli və qarşılıqlı asılı olan dünyamızda, heç olmasa bir nəfərin infeksiya riski olduğu müddətdə heç kim özünü toxunulmaz hiss edə bilməz”.

 

Təşkilatın xüsusi məruzəçiləri və insan haqlarının müxtəlif aspektləri üzrə işçi qruplarının nümayəndələrinin verdiyi bəyanatda deyilir: “Peyvəndi koordinasiya olunmuş şəkildə ölkələr arasında paylamaq əvəzinə, onunla öz əhalisini təmin etmək üçün müqavilələr bağlamağa çalışan ölkələr məqsədə çatmayacaq”.

 

BMT-nin hüquq müdafiəçiləri xatırladırlar ki, insan haqları sahəsində beynəlxalq hüquqa əsasən vaksin həm ayrı-ayrı ölkələr daxilində, həm də dünya səviyyəsində, ilk növbədə yoxsul və xüsusilə həssas vəziyyətdə, ehtiyacı olan hər kəs üçün əlçatan olmalıdır.

 

Ekspertlər, əczaçılıq şirkətlərini də məsuliyyət göstərməyə və peyvənd patentlərinin qorunması üzrə tədbirlərin zəiflətməsi də daxil olmaqla, mənfəəti insanların həyat və sağlamlıq hüququndan üstün tutmamağa çağırırlar: “Pandemiya bütün dünyanı əhatə edib. Bu gün dünya peyvəndin inhisarlaşdırılması üçün edilən çirkin cəhdlərdən əl çəkməli və birlikdə pandemiya ilə mübarizə aparmalıdır”.

 

BMT-nin hüquq müdafiəçiləri COVID-19 əleyhinə peyvəndin qlobal miqyasda ədalətli bölüşdürülməsini təmin etmək məqsədini daşıyan COVAX beynəlxalq təşəbbüsünü dəstəkləyir.

 

Xüsusi məruzəçilər və insan hüquqları üzrə işçi qruplarının üzvləri BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertlərdir. Onlar BMT işçiləri deyillər və gördükləri işə görə əməkhaqqı almırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib