İtaliyada Milad bayramı sərt karantin rejimində qeyd ediləcək
11.11.2020 08:57

Bütün xristian dünyasında Milad bayramı xüsusi təmtəraqla qeyd edilir. Əhalisinin mütləq əksəriyyətinin katoliklərdən ibarət olduğu İtaliyada isə bu  bayram mühüm əhəmiyyət daşıyır. İtaliya hökuməti insanların sıx bir araya gəldiyi Milad günlərində sərt karantin qaydaları tətbiq etməklə virusun yayılmasını əngəlləməyə hazırlaşır.

 

Ölkənin Səhiyyə nazirinin müavini Sandra Zampa ”La Stampa” qəzetinə müsahibəsində yeni qaydalardan bəhs edib. O, qeyd edib ki, Milad bayramının yalnız ən yaxın qohum çevrəsində, yəni birinci dərəcəli qohumlar arasında keçirilməsinə icazə veriləcəkdir. Eyni zamanda, ölkədə insanların sıx toplaşdığı Milad bazarları bu il fəaliyyət göstərməyəcək.

 

S.Zampanın sözlərinə görə, yaxın müddətdə yoluxmanın artım tendensiyasının qarşısı alınmasa, dünyanın ən güclü səhiyyə sistemi belə pandemiyanın öhdəsindən gəlməkdə aciz qala bilər.

 

Qeyd edək ki, hazırda İtaliyada koronavirusa gündəlik yoluxma sayı 25 mindən yuxarıdır, ölüm hallarının sayı isə 42 mini ötüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib