The Conversation: Mentol Alzheimer xəstəliyinin simptomlarını azalda bilər
22.06.2024 09:50

Mentol (nanə) qoxusu Alzheimer xəstəliyinin bəzi əlamətlərini yüngülləşdirə bilər. Bu qənaətə Edinburqdakı Napier Universitetinin alimləri genetik modifikasiya olunmuş laboratoriya siçanları üzərində apardıqları bir sıra təcrübələrdən sonra gəliblər.


Aztibb.az “The Conversation” nəşrinə istinadən xəbər veri ki, tədqiqatçılar altı ay ərzində mentolun Alzheimer xəstəliyinin əlamətləri olan siçanlara təsirini öyrəniblər. Təcrübələr nəticəsində alimlər mentolun heyvanların idrak qabiliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını aşkar ediblər.


Bundan əlavə, mentol qoxusu immunitet sisteminə tənzimləyici təsir göstərir ki, bu da koqnitiv zəifləmənin qarşısını almağa kömək edə bilər.


Tədqiqatın əsas məqamlarından biri mentolun təsiri altında beyində interleykin-1 beta səviyyəsinin azalması olub.


Bu zülal iltihabda mühüm rol oynayır və Alzheimer xəstəliyində koqnitiv zəifləmə ilə əlaqələndirilir.


Qeyd etmək vacibdir ki, tədqiqat nəticələri laboratoriya siçanlarında əldə edilmişdir və onların insan orqanizminə tətbiq oluna biləcəyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlar tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama