Mikroplastiklər ilk dəfə kişi cinsiyyət orqanlarında aşkar edilib
21.06.2024 10:45

Almaniya və Amerikanın aparıcı alimləri kişi cinsiyyət orqanlarının toxumalarında mikroplastiklərin olduğunu təsdiqləyiblər.

Aztibb.az “Echonedeli” portalına istinadən xəbər verir ki, yeni araşdırma beş nümunədən dördündə ölçüləri 20 ilə 500 mikrometr arasında dəyişən hissəciklər tapıb. LDIR lazer sistemi və Zeiss Merlin skan edən elektron mikroskopu vasitəsilə polietilen tereftalat və polipropilen də daxil olmaqla yeddi növ plastik aşkar edilib.

Plastik hissəciklər penis funksiyasına mənfi təsir göstərə bilər

Reproduktiv urologiya üzrə aparıcı ekspert Ranjit Ramasami qeyd edib ki, belə hissəciklər penis funksiyasına, o cümlədən erektil funksiyaya, həmçinin spermatogenezə mənfi təsir göstərə bilər.

Alimlər mikroplastiklərin insan sağlamlığına potensial təsirini müəyyən etmək və gündəlik həyatda plastik materialların istifadəsini məhdudlaşdırmaq da daxil olmaqla müvafiq ehtiyat tədbirlərinin işlənib hazırlanması üçün əlavə tədqiqatlar aparmağa çağırırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza