Xərçənglə antiperspirantlar arasında əlaqə sübut olunmayıb – Nevroloq izah etdi
19.06.2024 10:30

Xərçəng və antiperspirantların əlaqəsi haqqında əvvəllər bildirilmiş tədqiqat nəticələri hələ də qarışıqdır, çünki dezodorantların istifadəsinin sağlamlığa təsir göstərə biləcəyinə dair inandırıcı dəlil yoxdur.

Aztibb.az “Pravda” portalına istinadən xəbər veri ki,bunu müsahibəsində nevropatoloq Polina Lepilova deyib.

Dezodorantların və antiperspirantların tərkib hissəsi olan parabenlərin və alüminium duzlarının potensial zərərləri haqqında fikir var.

Bununla belə, Polina Lepilova aydınlıq gətirib ki, parabenlər daha çox keyfiyyətsiz kosmetikalarda olur, alüminium duzları isə yalnız tər vəzilərinin səthi təbəqələrinə nüfuz edir, yalnız beşdə bir dərinlikdə sorulur. Bu, dəriyə və ümumi sağlamlığa əhəmiyyətli zərər vermir, buna görə də məcmu məruz qalma ilə belə xərçəngə səbəb ola bilməz.

Bəzi tədqiqatlar alüminiumun döş xərçəngi ilə əlaqələndirilməsinə baxmayaraq, hazırda antiperspirantların xərçəngin inkişafına kömək edə biləcəyinə dair heç bir sübut yoxdur.

Ekspert xatırladıb ki, dezodorantlar və antiperspirantlar fərqli məhsullardır. Birincisi qoxu ilə mübarizə aparmağa kömək edir, ikincisi isə tər vəzilərinin işini bloklayır.

Polina Lepilova keyfiyyətsiz məhsullardan istifadə etməmək barədə xəbərdarlıq edib və bədənin fərdi reaksiyalarını nəzərə almağınızı tövsiyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama