Somnoloq keyfiyyətsiz yuxunun arıqlamağa mane olduğunu söylədi
19.06.2024 07:30

Somnoloq: Yuxu keyfiyyətinin pozulması artıq çəkiyə təsir edir və arıqlamağınıza mane olur

Yuxu strukturunun pozulması bədəndə yağların parçalanması üçün zəruri olan somatotrop hormonun istehsalının azalmasına təsir göstərə bilər.

Aztibb.az “Pravda” portalına istinadən xəbər veri ki, somnoloq Aleksandr Kalinkinin sözlərinə görə, bu hormon yuxunun dərin mərhələlərində istehsal olunur və anabolik funksiyalara malikdir: piyləri parçalayır və əzələ kütləsini artırır.

Ancaq artıq çəki yuxunun keyfiyyətinə mane olur, çünki xoruldama və ya yuxu apnesi kimi tənəffüs problemlərinə səbəb ola bilər.

Bundan əlavə, zəif yuxu səbəbiylə bədəndə neyropeptid oreksinin səviyyəsi azala bilər ki, bu da çəki artımına təsir göstərir.

Həmçinin insan gün ərzində özünü halsız hiss edir, başı ağrıyır və diqqətini cari işlərə cəmləməkdə çətinlik çəkir. Bu vəziyyət bir insanın daha az hərəkət etməsinə səbəb olur, bu da kilo almağa kömək edir. Eyni zamanda, yuxunun olmaması yemək davranışında dəyişikliklərə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama