İnsan südünün analoqunu istehsal edə bilən bitki yaradılıb
18.06.2024 12:15

Amerikalı alimlər insan südündə olanlara bənzər qida elementləri yarada bilən geni dəyişdirilmiş bitki təqdim ediblər.

Aztibb.az “Nature Food” nəşrinə istinadən xəbər verir ki, Berklidəki Kaliforniya Universitetinin alimlər qrupu təcrübə üçün Nicotiana benthamiana kolunu seçib. Adi tütünə yaxın olan bu bitki Avstraliyada bitir.

Bitkidə şəkər istehsal mexanizmi yenidən proqramlaşdırılıb. Sadə şəkər (monosakkaridləri) insan ana südündə olanlara bənzər mürəkkəb şəkərlərin budaqlanmış zəncirlərinə birləşdirməkdən məsuldur. Bu maddələr faydalı bağırsaq bakteriyalarının inkişafına kömək edir və yeni doğulmuşlarda immunitet sisteminin gücləndirilməsinə xidmət edir.

Təcrübələr zamanı məlum olub ki, geni dəyişdirilmiş tütün ana südündə də mövcud olan 11 tanınmış oliqosakkaridi yaradır. Xatırladaq ki, təbii ana südünün tərkibində körpələrin sağlamlığını qorumağa kömək edən 200-ə yaxın müxtəlif oliqosakarid var.

Mütəxəssislərin fikrincə, yenilik körpələr üçün təbii qidaya bənzər körpə süni qidaların istehsalına başlamaqda kömək edə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama