Psixiatr istiliyin və temperaturun dəyişməsinin ruhi xəstəliklərin kəskinləşməsinə təsirini izah edib
18.06.2024 15:20

İsti havaların gəlişi, daha sonra temperaturun qəfil dəyişməsi, tez-tez yağış psixi balansın pozulması ilə bağlı hadisələrin sayını artır. Belə ki, anomal isti hava tez-tez psixi pozğunluqlara səbəb olur.


Aztibb.az “Life” portalına istinadən xəbər verir ki, psixiatr Viktor Rudov istiliyin insan fiziologiyasına necə təsir etdiyini və yayda kəskinləşmələrin baş verə biləcəyini izah edib.


Onun sözlərinə görə, istidə ən çox görülən tərləmə və susuzluq huşunu itirməyə və astenik sindroma səbəb ola bilər. Bunun halüsinasiyalarla bitdiyi vaxtlar olur. Üstəlik, şəhər mühitinin isti asfaltı, avtomobillərin işlənmiş qazları və izdiham problemi daha da artırır.


Həkim əlavə edib ki, məhz istidə insanlar tez-tez panik ataklardan və vegetativ-damar distoniyasından əziyyət çəkirlər. Rütubət itkisi və susuzlaşdırma səbəbindən beyin kifayət qədər oksigen almır, bu da qan dövranı, yaddaş və diqqətə təsir edir. Həmçinin havanın temperaturunun yüksəlməsi əhali arasında aqressiyaya səbəb olur.


Onun fikrincə, ruhi xəstəlik diaqnozu qoyulan insanlar istilik sindromuna həssasdırlar, onların emosiyalarını və davranışlarını idarə etmək daha çətindir. Bu səbəbdən əsəb pozğunluqları, yersiz hərəkətlər, düşünülməmiş xərclər və ya əksinə, stupor, apatiya və depressiv vəziyyətlər istisna edilə

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama