İcbari tibbi sığorta ilə babasilin müalicəsi 6 metodla qarşılanır
10.06.2024 16:49
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə hemorroidal düyünlərin cərrahi və minimal invaziv yolla müalicəsi məqsədi ilə 12 420 əməliyyat və tibbi prosedur icra olunub.
Bu məlumat Aztibb.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilib.
Xəstəliyin müalicəsi ilə bağlı göstərilən tibbi xidmətlərin 97%-i hemorroidal düyünlərin kəsilərək götürülməsi yolu ilə göstərilib.
Babasilə şübhə olduqda xəstənin kliniki müayinəsi aparılır. Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən rektoskopiya, siqmoidoskopiya və kolonoskopiya kimi instrumental müayinələr təyin oluna bilər. Bu müayinələr icbari tibbi sığorta hesabına qarşılanır.
Düyünlərin ölçüsü və digər xüsusiyyətlərdən asılı olaraq xəstəliyin müalicəsində fərqli üsullar tətbiq edilə bilər. Xəstəliyin ilkin mərhələlərində konservativ (dərmanlarla) və minimal invaziv müalicə üsulları tətbiq edilir. Lakin ağırlaşmış hallarda bu xəstəliyin cərrahi müdaxiləsiz sağalma şansı aşağı düşür. İcbari tibbi sığorta çərçivəsində babasilin aşağıda qeyd olunan cərrahi və minimal invaziv üsulla müalicəsi təminata alınıb:
1 Klassik hemorroidektomiya – babasilin ən geniş yayılmış cərrahi müalicə metodudur.
Ümumi anesteziya altında aparılan əməliyyat zamanı babasil düyünləri kəsilib xaric edilir.
Xəstəliyin qeyri-cərrahi yolla müalicə üsulları isə bunlardır:
2 Liqaturanın qoyulması – bu metod düyünlərin xüsusi rezin həlqə ilə sıxılması ilə aparılır. Daha az travmatik olan bu prosedur ağrısız, kəsiksiz və qansız aparılır.
3 Krioterapiya – babasil düyünlərin toxumaları maye azotun köməyi ilə dondurulur və düyün bir müddət keçdikdən sonra qopur.
4 Skleroterapiya - babasil düyünlərə inyeksiya ilə sklerozlaşdırıcı maddə yeridilir. Tədricən düyün quruyub özü qopur.
5 Hemorroidal düyünlərin skobalanması və kauterizasiyası –Xüsusi cihazın köməkliyi ilə daxili babasil düyünləri yandırılır. Bu metod xəstəliyin ilkin mərhələsində və hemorrodial qanaxmanı dayandırmaq üçün tətbiq edilir.
6 Trombozlaşmış hemorroidal düyünlərin evakuasiyası - yerli anesteziya altında trombozlaşmış düyündə kiçik kəsik açılır və içindəki qan laxtası boşaldılır.
Xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı yuxarıda sadalanan xidmətlər icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.
Qeyd edək ki, babasil kimi tanınan hemorroy xəstəliyi düz bağırsağın ən çox rast gəlinən xəstəliklərindən biridir. Hemorrodial düyünlər düz bağırsağın aşağı hissəsində varikoz damarların genişlənməsi nəticəsində meydana gəlir. Babasil xəstəliyi düz bağırsaqda diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Xəstəlik, həmçinin anal nahiyədə qaşınma, qanama, defekasiya zamanı ağrı, irinli və selikli ifrazatla xarakterizə olunur.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 | 20:27
Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 | 19:32
Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 | 18:38
Yeni tədqiqat: Atanın yedikləri körpənin inkişafına təsir göstərə bilər
02.08.2026 | 20:00
Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 | 10:30
Çində 16 min il əvvəl yaşamış insanın üzü rekonstruksiya edilib
03.04.2025 | 11:26
İlon Mask 2025-ci ilin sonlarında görmə qabiliyyətini artıran implantı elan edəcək
03.04.2025 | 10:32
Antibiotiklərə davamlı Staphylococcus aureus ilə mübarizə apara bilən molekul sintez edilib
03.04.2025 | 08:27
Çəki idarə etmək üçün kalori hesablama metodu köhnəlib
03.04.2025 | 07:16
Endokrinoloq oynaqlar üçün ən zərərli dənli bitkilərin adlarını açıqlayıb
02.04.2025 | 11:25
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

