Qanda xolesterol səviyyəsini qaldıran nələrdir?
11.06.2024 07:33

Əgər düzgün qidalanma və fiziki aktivliyə baxmayaraq istənilən qan yağları səviyyəsi əldə olunmursa (LDL xolesterolun səviyyəsi 100 mg/dl-dən aşağı olmalıdır), bu zaman dərman müalicəsinə ehtiyac yaranır.


Aztibb.az “Medik Forum” nəşrinə istinadən xəbər verir ki, qanda xolesterol səviyyəsini dəyişməsinin bir sıra səbəbləri vardır.


Qidalanma: Kərə yağı, yumurta sarısı, yağlı ət, yağlı toyuq (dərisi ilə yeyilərsə, süd, qatıq, peydir kimi doymuş yağlar və xolesterol ilə zəngin qidalar qəbul etmək. Günlük qidamızın yağlara düşən payının 35 %-dən çox olması.


Bədən ağırlığı: Çox kilolu olmaq. Arıqlamaq ümumi xolesterol, LDL xolesterol və triqliseridlərin azalmasına və HDL çoxalmasına köməklik edir.


Fiziki aktivlik: Fiziki aktiv olmamaq və hərəkətsiz həyat tərzi LDL xolesterol səviyyəsini qaldırır. Mütəmadi olaraq fiziki məşqlər etmək “pis” yağları azalmasını, “yaxşı” yağların isə çoxalmasını təmin edir.


Həyat tərzi dəyişikliyi üçün tövsiyyələr


Aşağı doymuş yağ və xolesterol tərkibli qida qəbul etmək. Enerji olaraq qidalanmanızın 25-35 % yağ, 55-60 % karbohidrat, 12-15 % isə protein olmalıdır. Gündə ortalama 1500 kalori enerji almalıyıqsa, kərəyağının qəbulu 1 DQ (desert qaşığı), günəbaxan və qağıdalı yağların qəbulu 1.5 DQ , zeytun və fındıq yağların qəbulu 3 DQ olmalıdır. Marqarin çox nadir hallarda istifadə oluna bilər, yumşaq və kalorisi az olan marqarin istidafə etmək olar. Sadə yağ, quyruq və qızardılmış ərzaqlar istifadə edilməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama