Hər 5 ildən bir qanda ümumi xolesterol səviyyəsi yoxlanılmalıdır
10.06.2024 07:33

Hiperlipidemiya – qanda xolesterol, triqliserid və LDL-xolesterol səviyyələrinin yüksək olması deməkdir.


Aztibb.az xəbər verir ki, mütəxəssislərin bildiridiyinə görə, yağ səviyyələrinin tənzimlənməməsi başda ürək xəstəlikləri olmaqla bir çox xəstəliklərə səbəb ola bilər.


Yağlar bədənimizdə sərbəst yağ turşuları, xolesterol və triqliserid kimi fərgli formalarda olurlar.


Xolesterol qanda həm sərbəst, həm də lipoproteinlərlə birləşmiş şəkildə olur. Aşağı sıxlıqlı lipoprotein xolesterol (LDL xolesterol=”pis” xolesterol) qaraciyərdə əmələ gələn xolesterolu daşıyır. Bu xolesterol ən çox ürəyə gedən damarlarda yığılır və onların daralmasına səbəb olur. Nəticədə ürəyə qan axını yavaşlayır və yetərincə oksigen almadığına görə miokard infarktı baş verir.


Yüksək sıxlıqlı lipoprotein xolesterol (HDL xolesterol=”yaxşı” xolesterol) isə xolesterolun damarlarada yığılmasının qarşısını alır və ürək xəstəliklərinə qarşı qoruyur.


Bundan başqa qanda triqliseridlər var və qan yağlarından biridir. Yüksək səviyyədə olması ürək xəstəlikləri riskini artırır və başqa xəstəliklərdə də yüksəlməsi baş verə bilir (yağlı qidalanma, şəkər xəstəliyi və s.).


20 yaşdan yuxarı olan insanlar hər 5 ildən bir qanda ümumi xolesterol, LDL VƏ HDL xolesterol, triqliserid səviyyələrini yoxlamalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama