Koronavirus xəstəsi olan şəxsin digərlərini yoluxdurma təhlükəsi neçə gün davam edir? - Mütəxəssis həqiqəti açıqladı
09.11.2020 13:01

Koronavirus keçirmiş şəxs virusu digərlərinə xəstəliyin ilk simptomları göründükdən sonra 10 gün ərzində, bəzi hallarda isə 20 gün ərzində yoluxa bilər.

 

Aztibb.az Meddaily.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş infeksionisti Vladimir Çulanovdeyib.

 

"Ümumiyyətlə, virusun ətraf mühitə atılma müddəti xəstəliyin şiddətindən asılıdır. Məsələn, tədqiqatlar göstərir ki, yüngül və orta dərəcədə keçirilərsə bu virus xəstəliyin başladığı andan etibarən 10 gündən sonra keçir. Ağır hallarda isə yoluxma dövrü iki dəfə artır. Üstəlik, koronavirus testləri 2 aya qədər müsbət nəticələr verə bilər. Ancaq bu, insanın yoluxucu olduğu anlamına gəlmir".

 

Çulanov qeyd edib ki, tədqiqat zamanı koronavirus keçirmiş şəxsdə virusun izlərinə rast gəlinə bilər, lakin başqasına keçirməsi mümkün deyil: "Xəstəliyin ilk simptomları ortaya çıxdıqda, başqalarına yoluxdurmamaq üçün özünü təcrid etmək və bu barədə klinikaya məlumat vermək vacibdir. Xəstəlik əksər hallarda tənəffüs yollarının kəskin virus infeksiyaları kimi özünü göstərir".

 

Koronavirusun əsas simptomlarına aşağıdakılar daxildir: temperaturun 37,5 dərəcədən yuxarı olması (90% -də qeyd olunur), zəiflik və artan yorğunluq, quru öskürək, nəfəs darlığı, baş ağrısı, boğaz ağrısı.

 

Yoluxmuş şəxslərin 50%-dən çoxu dad və qoxu duyumunu itirir. Və yalnız 10%-də ishal halı olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub