The Sun: Alimlər diabeti tamamilə məğlub etmək üçün müalicə üsulu tapıblar
31.05.2024 11:09

Alimlər diabetin müalicəsi üçün bu xəstəliyi tamamilə məğlub edə biləcək inqilabi üsul hazırlayıblar.

Aztibb.az xəbər verir ki, bu barədə “The Sun” araşdırma materiallarına istinadən yazır.

Əldə edilən yeni məlumatlara görə, 2-ci tip şəkərli diabet xəstəsi 2021-ci ildə müalicəyə başlayıb. Bir il ərzində o, dərman qəbul etməyi tamamilə dayandıra bilib. Ona 25 il əvvəl diaqnoz qoyulub. Böyrək transplantasiyasından sonra xəstə ağırlaşmalarla qarşılaşıb. O, müntəzəm insulin inyeksiyalarına arxalanmağa məcbur olub.

Şanxaylı tədqiqatçılar xəstənin öz qan hüceyrələrindən kök hüceyrələr yaratmaq üçün istifadə edərək, onları qan şəkərini idarə edən insulin istehsal edən hüceyrələrə çeviriblər. Müalicəyə başladıqdan sonra ilk həftələrdə kişi insulin inyeksiyalarından imtina edib. Sonra bir il ərzində o, ağızdan qəbul edilən dərmanların qəbulunu tədricən azaldıb.

Nəticədə, yeni müalicə üsulu dərman terapiyasından tamamilə imtina etməyə, həmçinin dərmansız xəstəliyə nəzarət etməyə imkan verib.

Bu uğur şəkərli diabetlə mübarizədə həkimlər üçün yeni perspektivlər açır və bu xəstəlikdən əziyyət çəkən milyonlarla insana ümid verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama