Türkiyənin yerli peyvəndinin ilin sonunadək hazır olması gözlənilir
09.11.2020 09:00

Türkiyənin yerli peyvəndinin insanlar üzərində ilk sınağı Kayseri Erciyes Universitetində aparılıb. Peyvəndin ikinci dozası 21 gün sonra tətbiq olunacaq.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, peyvəndin 28 və 42-ci günlərində ediləcək testlərlə onun qoruyuculuğu müəyyən olunacaq.

 

1-ci mərhələnin təxminən 2 ay davam edəcəyi gözlənilir. Peyvəndin bütün mərhələləri uğurlu keçərsə, o, tətbiq oluna bilər. Yoluxucu xəstəliklər üzrə mütəxəssisi prof. Dr. Mehmet Ceyhan bu mərhələdə işlərinin 40-50 xəstə üzərində aparıldığını və təhlükəsiz hesab edilərsə tətbiq ediləcəyini söyləyib.

 

M.Ceyhan ikinci mərhələdəki peyvəndin təhlükəsiz olduğu və yan təsirləri araşdırıldıqdan sonra 2-ci mərhələyə keçiriləcəyini, bu mərhələdə yüzlərlə insanın iştirak edəcəyini bildirib:

 

"Heç bir problem aşkar olunmazsa 3-cü mərhələ üzrə işlərə başlanılacaq. Sonuncu mərhələdə sınaqlar on minlərlə insan üzərində aparılır və burada əsas məqsəd peyvəndin effektivliyini görməkdir".

 

M.Ceyhan peyvəndin bütün bu mərhələlərinin təxminən səkkiz ay çəkdiyini bildirib. Qeyd edib ki, bütün mərhələlərdən sonra peyvəndin effektivliyi sübut olunarsa və ciddi bir yan təsiri olmazsa peyvənd vətəndaşlar üzərində tətbiq olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub