MedicalXpress: HPV peyvəndi kişilərdə xərçəngin qarşısını alır
29.05.2024 08:33

“MedicalXpress” elmi jurnalı insan papillomavirusu (HPV) peyvəndinin kişilərdə və qadınlarda xərçəngin qarşısını aldığını müəyyən edən amerikalı alimlərin araşdırmasının nəticələrini dərc edib.


Aztibb.az jurnala istinadən xəbər verir ki, ilkin olaraq, peyvənd zərif cinsin nümayəndələri arasında uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün hazırlanmışdır.


Nəşrin məlumatına görə, yeni araşdırmada alimlər peyvənd edilmiş kişilərdə ağız və boğaz xərçənginə tutulma riskinin peyvəndi almayanlara nisbətən daha az olduğu qənaətinə gəliblər. Təcrübə zamanı tədqiqatçılar eyni yaşda olan 3.400.000-dən çox insanın məlumatlarını təhlil ediblər. Onların yarısına peyvənd vurulub. Alimlər peyvənd olunan qadınların peyvənddən sonra ən azı beş il ərzində uşaqlıq boynu xərçənginə tutulma riskinin daha az olduğunu bildiriblər.


Eyni zamanda, peyvəndi alan kişilərdə HPV ilə əlaqəli hər hansı bir xərçəngə tutulma riski aşağı olub. ÜST-ün statistikasına görə, bütün dünya əhalisinin 9-13%-i insan papillomavirusuna yoluxmuşdur ki, bu da təxminən 630 milyon insana bərabərdir. Qadınlar arasında papilloma virusuna yoluxma halları 50% təşkil edir. Bu günə qədər insan papillomavirusunun 80-dən çox ştamının mövcudluğu məlumdur, onların hamısı dərinin və selikli qişaların səthi epitelinə təsir göstərir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama