Tromboflebit – Yaranma səbəbləri, əlamətləri və müalicəsi
26.05.2024 15:42

Yaş ötdükcə bir çox insanlar ayaqların şişməsindən və ağrıdan əziyyət çəkirlər.

Aztibb.az tromboflebit adlanan bu xəstəliyin bir sıra xüsusiyyətləri ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir:

Tromboflebit-müəyyən iltihab prosesidir və zaman keçdikcə venoz tromba səbəb olur. Tromboflebit daha çox aşağı ətrafların damarlarında yaranır. Amma bununla yanaşı, başqa formaları, yəni döş və boyun nahiyələrində, eyni zamanda yuxarı ətraflarda da yaranan formaları var. Bəzi tromblar (qan laxtası) sağlamlığa ziyan vurmadan sovrulur. Bəziləri isə qan dövranı prosesini pozur və damarları tıxayır. Tromp damarın divarından qoparaq qan vasitəsilə digər orqanlara axanda həyat üçün təhlükə yarada bilər. İltihab proseslərinin yerləşmə dərinliyindən asılı olaraq tromboflebit dərialtı və dərin olaraq ayrılır.

Tromboflebitin yaranma səbəbi

-Damarların varikoz xəstəliyi. Ən çox bu səbəbdən yaranır. Bu zaman qan damarlarında tıxanma olur;

-Qan laxtalanmasının yüksək olması. Bəzən irsi, bəzəin isə müəyyən dərmanlarla müalicənin, orqanizmin susuzluğunun və fiziki aktivliyin az olması səbəbindən yaranır;

-Orqanizmdə infeksiyaların olması. İnfeksiyalar bəzən yaxın toxumalarda ola bilər və damarların divarına keçərək qana qarşıa bilər. Ətrafların tromboflebitinə səbəb olan infeksiyalar əsasən qripp, tonzillit, vərəm və pnevmoniyadır;

-Damar divarlarının zədələnməsi. Bu prosesdən sonra iltihab prosesi başlayır;

-Yavaş qan axını. Varikoz, ürək çatışmazlığı və uzun müddət yataq rejimində olanda ortaya çıxır.

Tromboflebitin simptomları

Tromboflebitin simptomları fərqli ola bilər. Əsas damarlarda iltihabın yaranmasına xəstəlik hissi, ayaqlarda və baldırlarda ağırlıq, yanma hissi, ayaqların şişməsi və dəri örtüyünün qızarması simptomları ilə üzə çıxır.

Tromboflebitin müalicəsi

Ağrı hiss etdikd ibuprofen kimi analgetik qəbul edərək ağrını aradan qaldırmaq olar. Bəzən isə şişkinliyin və ağrı hissinin ortadan qalxması bir neçə gün, bir neçə həftə davam edə bilər.

Əgər ağrılar güclüdürsə, xəstəxanada həkim cərrahi müdaxilə edə bilər. Lokal anesteziya etmək, trombu çıxarmaq və bağlamaq. Sarğı bir neçə gün qalmalıdır. Tromboflebitin istənilən mərhələsini müalicə edəndə istənilən üsul tətbiq edilə bilər və əlavə olaraq antikoaqulyant tətbiq edilə bilər. Bu vasitələr qanın laxtalanmasını azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama