İsti günəşin saç tökülməsinə səbəb ola biləcəyi doğrudurmu?
26.05.2024 16:32

Yayda aktiv günəş çox zərər verə bilər. Məsələn, günəş yanığı yalnız ağrı və dərinin soyulması şəklində narahatlığa səbəb olmur, həm də saçınızın tökülməsinə gətirə bilər.

 

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, trixoloq Mariya Vasilyevanın izah etdiyi kimi, yayda saç və baş dərisi xüsusi qayğıya ehtiyac duyur.

 

Günəş saçın sağlamlığına necə təsir edir?

 

Ultrabənövşəyi şüaların aqressiv təsirindən ilk olaraq baş dərisi əziyyət çəkir.

 

Həkim qeyd edib ki, baş geyiminin olmaması yanıqlara səbəb ola bilər ki, bu da öz növbəsində saç tökülməsinə yol açır:

 

"Ona görə də günəşli günlərdə papaq (boş və təbii materiallardan hazırlanmış) taxmaq və saç xətti boyunca günəşdən qoruyucu krem çəkmək tövsiyə olunur".

 

Həkim onu da əlavə edib ki, SPF qoruyucusu olan şampunlar və kondisionerlər şəklində saç baxımınızı tamamlaya bilərsiniz. İstidə isə saç nəmini itirir, quruyur, mat və kövrək olur. Buna görə də qulluqunuzu keratin, hialuron turşusu və yağlar olan kondisionerlərlə tamamlamalısınız.

 

Ümumiyyətlə, ultrabənövşəyi radiasiyanın iki növü var: UVA və UVB. Birincisi saçları aktiv şəkildə qurudur, ikincisi isə piqmenti məhv edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib