Gənələr 200-ə yaxın xəstəliyin daşıyıcısı ola bilər
05.05.2024 15:51

Gənələr təkcə Krım-Konqo hemorragik qızdırması xəstəliyinə səbəb olmur. Eyni zamanda, 200-ə qədər xəstəlik faktorunun daşıyıcısı və yoluxucu agenti ola bilər.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Dr. Adem Kəskinin sözlərinə görə, Türkiyədə adıçəkilən qızdırmanın diaqnozu və yayılması ilə bağlı araşdırmalar intensivləşib.

2008-ci ildən gənə üzərində işlədiklərini deyən alim, Ondokuz May və Artvin Çoruh universitetləri ilə ortaq şəkildə vəhşi heyvanlar üzərində gənə və onların ötürdüyü xəstəliklərlə bağlı araşdırmalarını davam etdirdiklərini açıqlayıb.

İnsanlarda parazitlik edən gənə növlərinin törədə biləcəyi xəstəliklərlə bağlı araşdırmaları davam etdirdiklərini ifadə edən A.Kəskin qeyd edib ki, yay ayları havalar isindikcə gənələrin aktivliyi artır. Bu səbəbdən də insanlar gərək gənələr haqqında bir az daha diqqətli ola. Çünki gənə ilə keçən xəstəliklər çoxdur.

Alim onu da vurğulayıb ki, 2002-ci ildən gənələrin 200-ə yaxın xəstəlik faktorlarının daşıyıcıları və ötürücüləri olduğu araşdırılıb və təqdidatlar davam etməkdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama