Cərrah xoledoxolitiaz haqqında danışdı
26.05.2024 11:27

Öd axacaqlarında daşın olması xoledoxolitiaz adlanır.

Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun sözlərinə görə, daşlar mənşəcə birincili və ikincili ola bilir.

Birincili daşlar öd axacaqlarının özündə əmələ gəlir. Daşın əmələ gəlməsi üçün axacaqlarda patologiyanın olması gərəkdir. Axacaqda daralma, kistşəkilli dəyişiklik, iltihab və ya spesifik infeksiyalar birincili daşları əmələ gətirə bilirlər.

Birincili daşlar bilirubin tərkibli (daralmalar) və mürəkkəb tərkibli (spesifik infeksiyalar) ola bilər.

İkincili daşlar öd kisəsində əmələ gəlib axacağa keçən daşlardır və əksəriyyəti xolesterin daşlarıdır.

Həkim qeyd edib ki, simptomatik xoledox daşları tıxanma – xolestaz (sarılıq, xolestatik enzimlərdə artıma, xoledox genişlənməsi) əlamətləri ilə, xolangit və ya pankreatit simptomları ilə büruzə verirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır