Məşqinizin vaxtı onun təmin etdiyi faydanı müəyyən edən amil ola bilərmi?
21.05.2024 12:33

Amerika Diabet Assosiasiyasının rəsmi nəşr olani “Diabetes Care” jurnalının növbəti sayında yaxşı və praktik tətbiqlərə rəhbərlik edə biləcək məqalə dərc edilib.


Aztibb.az xəbər verir ki, qastrenteroloq Nərmin Novruzova məqalədə idmanın əhəmiyyətindən bəhs edir məqamlara diqqət çəkib:

“Çoxlarınız bilirsiniz ki, mən pasiyentlərimə idmanın sağlam həyat tərzi üçün bəlkə də ən vacib şey olduğunu demək olar ki, obsesif şəkildə dəfələrlə təkrar etmişəm, lakin bu dəfə tədqiqatçılar məşq vaxtının idmanın sağlamlığa təsirində dəyişiklik edib-etməməsinə baxıblar.

İngiltərə Biobank məlumat sisteminə daxil edilmiş təxminən 30.000 piylənmədən əziyyət çəkən xəstə üzərində aparılan bu araşdırmada, ən az 3 dəqiqə orta və sıx məşq etmə tezliyinə görə biləklərinə akselerometrlər taxılan insanların etdikləri hərəkətin miqdarını ölçüblər. İştirakçılar 4 qrupa bölünüblər: idman etməyənlər, idman edənlər, günorta 12-18 arası idman edənlər və axşam idman edənlər (18-24 arası). Orta yaşı 62 olan bu insanlar təxminən 8 il izlənilib.

Təsəvvür edə bildiyiniz kimi, idman edən insanlar idman etməyənlərlə müqayisədə bütün sağlamlıq parametrlərində daha yaxşı nəticələr əldə ediblər, lakin məşq vaxtı əldə edilən qazanc səviyyəsinə müəyyən edici təsir göstərə bilər. Nəricələrə əsasən belə görünüb ki axşam idmanı daha faydalıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib