Onkoloq ağciyər xəstəliyinin həyəcanverici simptomlarını saydı
25.05.2024 16:02

Üç gündən çox davam edən öskürək həkimə müraciət etmək üçün səbəbdir

Ali kateqoriyalı onkoloq, torakal cərrah, t.ü.f.d. Andrey Nefedov "İzvestiya" ilə söhbətində, ağciyər sisteminin patologiyalarının hansı əlamətlərlə bilinəcəyini və nə vaxt mütəxəssislərlə əlaqə saxlamağın vacib olduğunu deyib.

Aztibb.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, həkimin bildiridiyinə görə, ağciyər sisteminin xəstəlikləri, bir qayda olaraq, özünü hiss etdirir, ona görə də simptomlara vaxtında diqqət yetirmək son dərəcə əhəmiyyətlidir.

“Erkən diaqnoz əksər hallarda xəstəliyin nəticəsini yaxşılaşdırmağa kömək edir, buna görə də ilk xəbərdarlıq əlamətlərində həkimə müraciət etmək vacibdir. Onların arasında üç həftədən çox davam edən öskürək, onun xarakterində dəyişiklik - səs-küy, bəlğəm və ya hətta qan görünüşü ola bilər. Həmçinin nəfəs darlığına, döş qəfəsində ağrılara diqqət yetirməyə dəyər, xüsusən də dərin nəfəs və ya öskürək, daimi yorğunluq və ya halsızlıq hissi, nəfəs alarkən fit çalma və səbəbsiz arıqlama ilə pisləşirsə”, - həkim bildirib.

Onun sözlərinə görə, bu əlamətlər müxtəlif ağciyər və tənəffüs xəstəliklərindən xəbər verə bilər. Buna görə də, mümkün qədər tez bir pulmonoloqa və ya torakal cərrahına müraciət etmək vacibdir.

Eyni zamanda qeyd edib ki, insan öz-özünə diaqnoz qoymaqdan, xüsusən də özünü müalicədən çəkinməlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama