Fransa, Moldova, Rusiya, Gürcüstan və Ermənistanda gündəlik koronavirusa yoluxma statistikası
07.11.2020 11:09

Son sutkada Fransada koronavirusa 60,4 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, pandemiya ərzində maksimal sutkalıq yoluxmadır.

 

Aztibb.az xəbər verir ki, ölkədə rekord göstəricilər ardıcıl iki gündür aşkarlanır. Bir gün əvvəl COVID-19-a 58 min yeni yoluxma qeydə alınıb.

 

Ötən bir gündə Fransada koronavirusdan 828 insan ölüb.

 

Moldovada koronavirusa yoluxanların sayı 80 mini keçib.

 

Son sutkada ölkədə daha 935 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların sayı 80 min 501 nəfərə çatıb.

 

24 saat ərzində Moldovada koronavirusdan 16 nəfər həyatını itirib, ölənlərin sayı ümumilikdə 1882 nəfər olub. Pandemiya dövründə 60 min 220 nəfər koronavirusdan müalicə olunaraq evə buraxılıb.

 

Rusiyada son sutka ərzində 20 396 nəfər COVID-19-a yoluxub və ölkədə bu virusa yoluxanların sayı 1 753 836 nəfərə çatıb.

 

Rusiyada son sutka ərzində 364 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 251 nəfərə çatıb.

 

Gürcüstanda daha 2 859 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 754 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent isə vəfat edib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 54 852-yə çatıb. Onların 39 773-ü sağalıb, 441-i isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 3 015, stasionar nəzarətdə 4 670 nəfər saxlanılır. 

 

Ermənistanda daha 2 476 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 104 249-a yüksəlib.

 

Ölkədə pandemiyadan ölənlərin sayı 27 nəfər artaraq 1 533-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-yə yüksəlib. İndiyədək 63 258 nəfər infeksiyadan sağalıb.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub