Murka virusu təhlükəli infeksiyadan qoruyacaq
12.05.2024 16:46

Təhlükəli tərəvəz xəstəliyinə qarşı ilk yeni dərman nə dərəcədə təsirli olacaq?


Rusiyalı alimlər əsasən kələm yarpaqlarına təsir edən təhlükəli xəstəliyin törədicisi olan Xss bakteriyasını məhv edən virus aşkar ediblər. Tapılan mikroorqanizmə “Murka” adı verilib.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, tərtibatçılar ondan tərəvəzləri infeksiyalardan qorumaq üçün ilk yerli dərman olaraq istifadə etməyi gözləyirlər.


Dəyərli tapıntı


Kələm qidalandırıcı xüsusiyyətlərinə və insanlara faydasına görə dünyada əsas tərəvəz bitkilərindən biridir. Xcc bakteriyasının törətdiyi yarpaq ləkəsi bu məhsulun ən dağıdıcı xəstəliklərindən biridir. Xcc ən vacib 10 bitki patogenləri sırasındadır.


Bakterial yarpaq ləkəsi ən çox isti hava şəraitində və yüksək rütubətdə baş verir. Xəstəliyə Xanthomonas campestris pv səbəb olur. Mikroorqanizmlər toxumalara yoluxmuş toxumlardan və ya bitkilərin əvvəlki mövsümdən torpaqda qalan hissələrindən daxil olur və təxminən bir həftə sonra yarpaqlarda sulu ləkələr əmələ gəlir, zaman keçdikcə qaralır və yarpağın bu hissəsi ölür. Tədricən, ləkələr kələmin çox hissəsini əhatə edir.


Tədqiqat üçün alimlər Rusiya, Moldova, Belarusiya, Hollandiya və Ukraynada yoluxmuş gül kələmindən və ağ kələmdən bakteriya ştamlarını təcrid ediblər – cəmi 14 variant aşkar edilib. Müəlliflər həmçinin Tiraspol yaxınlığında yarpaq ləkəsi baş verən kələm sahəsindən torpaq nümunələri götürmüşlər. Bu nümunədə lazım olan bakteriofaq tapıldı.


Qey edək ki, kənd təsərrüfatı məhsullarının sağlamlığının qorunması məqsədlilə yeni dərman kəşfləri, dünya ərzaq təhlükəsizliyinin təmini baxımından olduqca əhəmiyyətlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama