Gürcüstanda epidemioloji vəziyyət getdikcə gərginləşir
06.11.2020 21:05

“Gürcüstanda epidemioloji vəziyyət gərginləşib. Ölkədə koronavirusa sutkalıq yoluxma sayı 2 mini ötüb. Buna baxmayaraq, vəziyyət idarə olunandır”.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

 

Onun sözlərinə görə, son sutkada COVID-19-a yoluxanların 74 faizi simptomlu xəstələrdir. Məhz bu səbəbdən Gürcüstanda epidemioloji vəziyyət getdikcə çətinləşir.

 

Baş epidemioloq bir daha əhaliyə və xarici qonaqlara müraciət edərək son dərəcə ehtiyatlı olmağa dəvət edib.

 

Bildirilir ki, ölkədə koronavirusla mübarizəyə təqaüddə olan həkimlər də cəlb olunacaqlar.

 

Səhiyyə Nazirliyi bununla bağlı təqaüdçü həkimlərə müraciət edib.

 

Müvafiq bilik və təcrübəyə malik həkimlərdən ibarət əlavə qüvvələr səfərbər olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub