Boyun qaynaqlı baş gicəllənmələri
02.05.2024 16:36

Beyincik balansımızdan cavabdeh olan əsas nəzarət orqanımızdır. Onun qidalanması boyun arxasından qalxan onurğa damarları tərəfindən təmin edilir.

Aztibb.az xəbər verir ki, uzman fizioterapevt Rüfət Cabbarlının sözlərinə görə, bu damarlar boyun fəqərələrində yuxarıya doğru uzanır və beynimizi cazibə qüvvəsinin əks istiqamətində qidalandırır. Boyun fəqərələrində yastılaşma, kalsifikasiya və s. pozulmalarda və ya anadangəlmə nazik damarlarda beyincikə kifayət qədər qan çata bilmir.

Vertebrobazilar çatışmazlıq olaraq da təyin olunan bu şəkildə başgicəllənmələrdə, tarazlıq pozğunluğu, bəzən də ikiqat görmə kimi şikayətlər meydana gələ bilər.

Müalicədə qan axınını artırmaq üsulları ilə yanaşı, boyun məşqləri də tövsiyə olunur.

Vertebrobazilar çatışmazlıq diaqnozu qoyulmuş insanlar başını uzun müddət arxada saxlamaq, uzun müddət yuxarı baxmaq və s. tələb edən hərəkətlərdən uzaq durmalıdırlar.

Bol maye istehlakı və həkim nəzarəti altında Ginglobloba preparatları da həyat keyfiyyətini artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib