İmmunoloq təhlükəli xəstəliklərin müalicəsi ilə bağlı problemlər barədə xəbərdarlıq edib
03.05.2024 08:59

Antibiotiklərə qarşı müqavimətin artması hətta çoxdan məlum olan xəstəliklərin müalicəsində problemlərə gətirib çıxarır.

Aztibb.az lenta.ru-ya istinadən xəbər verir ki, immunoloq Nikolay Kryuçkov müsahibəsində stafilokok və streptokokkların müalicəsində çətinliklərə diqqət çəkib.

“Clostridioides difficile infeksiyası (CDI) çox ciddidir. Yerindən və yayılmasından asılı olaraq müxtəlif ağır xəstəliklərə səbəb olur. Müqaviməti yaradan dərman - Vankomisin, xəstəxana dərmanıdır, yəni ən ağır hallarda istifadə olunur. Stafilokokk və streptokokk kimi çox yayılmış fürsətçi infeksiyalar da çoxlu sayda antibiotiklərə qarşı son dərəcə yüksək müqavimət göstərir”, - N.Kryuçkov bildirib.

İmmunoloq müalicəsi çətinləşən ən ağır xəstəxana xəstəlikləri kimi ağır bakterial pnevmoniya, sepsis və ümumiyyətlə irinli infeksiyaları sadalayıb.

Həkim qeyd edib ki, icma mənşəli pnevmoniyadan danışsaq, bu, yenə bakterial pnevmoniyadır. Patogendən və sağlamlıq vəziyyətindən asılı olaraq, çox təhlükəli ola bilər. Aşağı ölümlə nəticələnən ümumi xəstəliklər də var. Məsələn, yuxarı tənəffüs yollarının və sinusların xəstəlikləri, sidik-cinsiyyət sisteminin ağırlaşmaları.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib