Pulsuz tibbi xidmət üçün büdcədən vəsaitin hansı qurumlar tərəfindən ödəniləcəyi dəqiqləşdirilməlidir
06.11.2020 13:11

“Pulsuz tibbi xidmət və dövlət büdcəsindən bu vəsaitin ödənilməsi ümumi xarakter daşıyır. Bunun konkret hansı qurumlar tərəfindən ediləcəyi dəqiqləşdirilməlidir”.

 

Bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

 

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 1 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulsa da, pandemiya səbəbindən icbari tibbi sığortanın tətbiq edilməsi mümkün olmadı: “Amma gələcəkdə bu vəsait yenə də ayrılacaq. Ona görə də qanun layihəsində də tibbi sığorta xərclərinin ödənilməsi üçün konkret ünvan kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi göstərilməlidir. Eyni zamanda digər qanun layihələrində (“Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”) maliyyə mənbəyi konkretləşdirilməlidir”. 

 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə Vüqar Bayramova cavabında bildirib ki, maliyyələşməni konkret hansı qurumun həyata keçirəcəyi Prezidentin fərmanı ilə müəyyən ediləcək. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub