Şabranda COVID-19 infeksiyası ilə bağlı maarifləndirmə işləri aparılır  
06.11.2020 12:19

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sakinlərlə maarifləndirici söhbətlər aparırlar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə, eləcə də ictimai nəqliyyatda aparılıb. Şöbə əməkdaşları tərəfindən sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb.

 

Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyini diqqətə çatdıran polislər, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub