Müxtəlif ölkələrdə koronavirusa yoluxma statistikası
06.11.2020 11:44

ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 9,5 milyon nəfəri ötüb.

 

Aztibb.az-ın məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

 

Məlumata əsasən, ABŞ-da koronavirusa 9 516 790 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 234 011 nəfəri vəfat edib.

 

Ən çox yoluxma halları Texas (960 583), Kaliforniya (951 989), Florida (821 123) və Nyu-York (515 815) ştatlarında qeydə alınıb.

 

Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa 19 990 yoluxma halı qeydə alınıb.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 597 583 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan daha 118 nəfər ölüb.

 

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 10 930 nəfəri vəfat edib.

 

Fransada ötən sutka ərzində COVID-19-a rekord sayda yoluxma qeydə alınıb.

 

Ötən sutka ərzində 58 046 nəfər yeni koronavirusa yoluxub, 363 nəfər isə koronavirusdan vəfat edib.

 

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 601 367 nəfərə çatıb.

 

Hazırkı dövrədək koronavirusdan 124 min nəfər sağalıb, 39 037 nəfər vəfat edib.

 

Qazaxıstanda ötən sutka ərzində koronavirusa daha 591 nəfər yoluxub.

 

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 114 826 nəfərə çatıb.

 
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 107 339 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.

 

Ermənistanda yeni növ koronavirusa yoluxanların sayı 101 773 nəfərə çatıb.

 

Son sutka ərzində 2 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 30 nəfərin ölümü qeydə alınıb.

 
Bu günədək Ermənistanda 1 506 nəfər koronavirusdan ölüb, 38 088 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

 

Gürcüstanda son sutkada daha 2 775 nəfər koronavirusa yoluxub, 3 560 nəfər sağalıb, 22 pasiyent isə vəfat edib.

 

Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 51 993 nəfərə çatıb. Onların 37 019-u sağalıb, 423-ü isə ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub